Şəkidə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı BAŞLADI - FOTOLAR
Bu gün Şəkidə “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı start götürüb.
Sfera.az xəbər verir ki, 9 iyula qədər davam edəcək festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutur.
Festival Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin çıxışı ilə başlayıb. Festivalda "Dərviş qrupu çıxış edib, F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının da çıxışı gözlənilir. Konsertlərdə səslənən əsərlərin əksəriyyəti şanlı zəfərimizə həsr olunub.
Festivaldan çəkilmiş fotoları təqdim edirik:
Qeyd edək ki, festival 2010-cu ildən keçirilir. Bu il sənətsevərlər on birinci dəfə festivalın şahidi olublar.
Fotolar: Anar Bayramlı


















































