Logo

Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər - FOTOLAR

Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ildə bir neçə polis əməkdaşı ehtiyatsızlıqdan, avtomobil qəzalarında və ya intihar edərək vəfat edib.

Sfera.az həmin vəfat edən polislərin siyahısını təqdim edir:

Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Əliyev Əli Fazil oğlu xidmətdən kənar vaxtı idarə etdiyi “Hyundai Elantra” markalı şəxsi avtomobilinin idarəetməsini itirərək aşırıb. Qəza nəticəsində Ə.Əliyev vəfat edib.

Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər - FOTOLAR

Yanvar ayının 8-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

AzTV-də özünü güllələyən polisin FOTOSU yayıldı

Aprel ayının 22-də isə Nərimanov rayonu ərazisində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra intihar edib. Qətlə yetirilən G.Cabbarova da polis əməkdaşı olub. Belə ki, o, Daxili İşlər Nazirliyini Tibb İdarəsində çalışırmış.

Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər - FOTOLAR

Mayda isə Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər - FOTOLAR

İyun ayının 1-də Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə getdiyi vaxt Saray qəsəbəsi ərazisində 99-SM-907 dövlət nömrə nişanlı, VAZ-2121 markalı maşının içində silahla ehtiyatsız davrandığına görə atəş açılıb. Hadisə şahidlərinin sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib. DİN-in hospitalına çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb.

Ehtiyatsızlıqdan özünü öldürən polisin — Fotosu

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə qəzaya düşərək vəfat edib.

DİN polisin ölümü ilə bağlı açıqlama yaydı

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev Şəhidlər xiyabanı ərazisindəki ağacdan özünü asaraq intihar edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR