Logo

Azərbaycan filmi nüfuzlu Kazan Beynəlxalq festivalında - FOTO

Azərbaycan filmi nüfuzlu Kazan Beynəlxalq festivalında - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi "Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olan "Hasar” filmi nüfuzlu Kazan Beynəlxalq müsəlman film festivalının əsas proqramına daxil olub.

Sfera.az xəbər verirki, filmin qısa məzmunu - 1-ci Qarabağ müharibəsində oğlunu itirən Elçin doğma  diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə qalxır, lakin düşmənin kor olan oğlunun itməsi qəhrəmanımızın işlərini dəyişir.

Film "Ultra Production” MMC kinoşirkəti tərəfindən istehsal olunub.  Filmin Quruluşçu rejiasoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, təsvir rejissoru Vasif Vəlizadə, quruluşçu rəssam Ceyhun Cəfərquliyev, prodüseri Emil Nəcəfov, baş prodüser Pərviz Məmmədovdur. Baş rollarda Xalq artisti Vidadi Həsənov, əməkdar artist Leyli Vəliyeva, Əlibala Əsgərov, Nurlan Süleymanlı, Güşvər Şərifova, Amid Qasımovdır.

Kazan beynəlxalq müsəlman film festivalı Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda "Sivilizasiyaların dialoqundan dialoqun mədəniyyətinə" şüarı ilə təşkil edilən film Festivalıdır.

Qeyd edək ki, Ultra productionun co-produser olduğu Hilal Baydarovun "Balıqlara xütbə” filmi 75-ci Locarno beynəlxalq film festivalının əsas proqramında iştirak edir.

Azərbaycan filmi nüfuzlu Kazan Beynəlxalq festivalında - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR