Faiq Ağayev: "Zeynəb Xanlarovanı ləkələmək öz xalqına sataşmaq deməkdir"
Günlərdir xalq artisti Flora Kərimova ilə həmkarı Zeynəb Xanlarova arasındakı qalmaqal davam edir. SİA-nın verdiyi xəbərə görə, hər kəsin marağına səbəb olan dava-dalaşa Faiq Ağayev münasibət bildirib: "Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə, onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz. Azərbaycan musiqisində müstəsna xidmətləri olan böyük sənətkara həqarət etmək, adını ləkələmək - öz xalqına sataşmaq deməkdir. Son günlərin bu çirkin qalmaqalı illər əvvəl göstərdiyi azğın cəhdin davamıdır. Bu dünənin söhbəti deyil ki... 14 fevral 2006-cı ildə verdiyi müsahibənin birində də eyni hərəkətləri edib".
Qeyd edək ki, F.Kərimova Z.Xanlarova haqqında qalmaqallı sözlər deyib, onu sənətkar kimi qəbul etmədiyini bildirib, onu "çörəyi dizinin üstə" adlandırıb.






