Logo

Şəkidə “Şəhər günü” keçirildi - FOTOLAR/YENİLƏNDİ

Şəkidə “Şəhər günü” keçirildi - FOTOLAR/YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Şəkidə “Şəhər Günü” münasibətilə bayram tədbiri keçirilib.

Sfera.azxəbər verir ki, “Şəhər Günü” tədbirləri çərçivəsində qala divarları daxilində yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər nümayiş olunub, konsert proqramı təşkil edilib, yerli rəssamların əl işləri nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin Azərbaycan tarixini, mədəniyyətini və mədəni irsini qoruyub saxlayan unikal bir yer olduğunu, bu növ tədbirlərin şəhərin qeyri-maddi irsinin tanıdılmasına dəstək göstərdiyini və şəhərin turizm potensialının inkişafında mühüm rol oynadığını bildirib.

Son illər dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində böyük işlərin görüldüyünü deyən Elxan Usubov “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının ölkəmizin və Şəki şəhərinin mədəni həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirib.

O qeyd edib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə olduğunu qeyd edən sədr müavini ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsinin Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmli olduğunu vurğulayıb.

Azadə Hüseynova Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işlərinin həyata keçirildiyini, növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının davamının nəzərdə tutulduğunu qeyd edib.

İyulun 7-də, həmçinin ənənəvi XI “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılışı baş tutacaq. 8-9 iyul tarixlərində şəhərin qonaqları musiqi bayramı çərçivəsində şəhərdə keçiriləcək tədbirlərdə iştirak edə biləcəklər.

Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi 2021-ci il iyulun 7-də keçirildiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd edilməsi qərarlaşdırılıb.

Anar Bayramlı

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR