Kəsiləcək qurbanı pul ilə əvəz edib ehtiyacı olana vermək olar? - AÇIQLAMA

Kəsiləcək qurbanı pul ilə əvəz edib ehtiyacı olana vermək olar? - AÇIQLAMA

İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 9,10 və 11 iyul tarixləri içərisində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.

 

Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edir.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Təzəpir Məscidinin imamı Hacı Şamil Rəsulov bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.

 

“Kəsiləcək qurbanı pul ilə əvəz edib kiməsə yardım etmək şəriətimizin qaydalarına uyğun deyil. Qurban elədir ki, gərək özü kəsilə və Allah yolunda paylana. Bəzən deyirlər ki, bir xəstə var, qurbanı pul ilə əvəz edib ona verək. Bu şəriətə uyğun deyil. Kimsə yardım etmək istəyirsə, bunu o niyyətlə etməlidir. Yəni, əgər kimsə yardım etmək istəyirsə qurban məsələsin buna qatmasın, yardım niyyəti ilə versin. Qurbanlıq olmayan vaxtı necə yardım edirlər indi də elə etsinlər, bunu kəsilən qurbanla əlaqələndirməsinlər”, - deyə Ş.Rəsulov əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...