Logo

Bu şəxslərin NƏZƏRİNƏ! - Yeni mərkəz yaradıldı / VİDEO

Bu şəxslərin NƏZƏRİNƏ! - Yeni mərkəz yaradıldı / VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hökumət evində yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmış şəkildə həyata keçirilməsi üçün Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.

Dövlət qurumlarının qəbuluna düşmək üçün mərtəbə-mərtəbə gəzməyə və gözləməyə ehtiyac qalmayacaq.

Söhbət Hökümət evində yeni fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzindən gedir. Vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan bu Mərkəz əhalinin işini daha da asanlaşdıracaq.

Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

Qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərəcək.

Mərkəzdə həmçinin vətəndaşlara xidmət üçün müasir şərait yaradılıb.

Burada yeni avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları,  "Ana və uşaq otağı", həkim və psixoloq fəaliyyət göstərir.

Sfera.az ətraflı XəzərXəbərin video materialını təqdim edir:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR