Logo

Səhiyyə naziri onu yeni müşavir təyin etdi - FOTO

Səhiyyə naziri onu yeni müşavir təyin etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhiyyə naziri Teymur Musayevə yeni müşavir təyin olunub.

Bu barədə  Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirin müvafiq əmrinə əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Səhiyyə naziri onu yeni müşavir təyin etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR