“Qarabağ” Polşadan məğlub qayıdır - YENİLƏNİB/VİDEO
"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Sfera.az xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
22:00
Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Sfera.az xəbər verir ki, Poznandakı eyniadlı stadionda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.
Avropa futbol qurumunun rəsmi saytına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka
Baş məşqçi: Con van den Brom
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.






