Baş Prokurorluqdan "Çağrımərkəzi" ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
"Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb".
Bu barədə Sfera.az-a Baş Prokurorluqdan bildirilib.
"Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər", məlumatda deyilir.






