Daha bir kütləvi zəhərlənmə - 8 qadın xəstəxanaya aparıldı
Kateqoriya məlum deyil
Saatlı rayonunda kütləvi zəhərlənmə olub.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənən şəxslər bunlardır:
Nurəngiz Şövkətova – 1985
Zilan Şövkətova – 2007
Səlamət Qəhrəmanova – 1961
Arzu Qəhrəmanova – 1987
Zamirə Qhərəmanova – 1988
Aygün Şəvgiyeva – 1995
Ayşəgil Qəhrəmanova – 2000
Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995.
Faktla bağlı araşdırmalar davam etdirilir.






