Logo

İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək - Hansı yol olacaq?

İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək - Hansı yol olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda inşa edilən ilk ödənişli magistral yolun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Bu barədə Sfera.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, magistral yolun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur:

“Buna paralel olan yol da bərpa olunur ki, vətəndaşlar seçim edə bilsinlər. Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər. Hazırda Bakı-Quba yolunda bərpa işləri aparılır. Tikinti işləri ilin sonuna kimi yekunlaşdırılacaq. Ümumilikdə isə yolun gələn ildən istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, 152 kilometrlik Bakı-Quba-Rusiya yolu ödənişli olacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR