Logo

Abşeron rayonunda silsilə tədbirlər keçirildi - FOTOLAR

Abşeron rayonunda silsilə tədbirlər keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Saray qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

Sfera.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.

İştirakçılar əvvəlcə Saray qəsəbəsində tamamilə yenidən qurulan Şəhidlər Abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilərək ruhlarına dualar oxunub.

Bildirilib ki, qəsəbənin mərkəzi parkında yerləşən Şəhidlər Abidəsi əsaslı şəkildə təmir olunub, parkda ümumi təmir işləri aparılıb, həmişəyaşıl ağac və gül kolları əkilib, eləcədə 250 kvadradmetr əraziyə asfalt örtüyü çəkilib.

Sonra Saray 3 saylı tam orta məktəbdə baş tutan görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev pandemiya səbəbindən kənd və qəsəbələrdə keçirilməsi dayandırılan səyyar qəbulların bərpa olunduğunu və bundan sonra belə görüşlərin mütəmadi olaraq hər həftə keçiriləcəyini bildirib, yerlərdə qaldırılan məsələlərin mümkünlərinin tez bir zamanda həll olunacağını, müəyyən vaxt və maliyyə tələb edən məsələlərlə bağlı isə fəaliyyət planlarının hazırlanacağını qeyd edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən Uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun adının verildiyi Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətində qoyulmuş büstünün açılışı olub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailələri, qazilər və məktəbin kollektivi iştirak edib.

İcra başçısı Abdin Fərzəliyev "Qüsursuz xidmətə görə” və "Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək onun qızının doğum günündə iştirak edib. RİH başçısı şəhidin qızı Elay Həsənlini 9 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd edib.

A. Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramı ilə əlaqədar şəhid Abbasov Səxavət Rizvan oğlunun, şəhid Ataşov Asif Kərim oğlunun, şəhid Tahirov Vüsal Mehdi oğlunun və şəhid Mehdiyev Rəşad Rəhman oğlunun əvvəllər yaşadığı evlərinə gedərək onların ailə üzvləri ilə görüşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR