Mahirdən doğum günündə möhtəşəm qol - VİDEO
Kateqoriya məlum deyil
Zaqreb "Dinamo"su bu gün yoxlama oyunu keçirib.
Sfera.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi komanda "Spartak Trnava" ilə qarşılaşıb. Görüş 3:3 hesabıyla başa çatıb.
Matçda son qolu 89-cu dəqiqədə azərbaycanlı hücumçu vurub - 3:3.
Bildirək ki, Emreli bu gün 25 yaşını qeyd edir.






