Logo

Yol polisləri reydə davam edir - FOTOLAR

Yol polisləri reydə davam edir - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Zaqatala Yol Polisi Şöbəsinin keçirdiyi "Təmiz Hava" ayı yoxlamaları zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Sfera.az xəbər verir ki, Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra avtomobilindən çıxan dəm qazı normadan artıq olduqda həmin sürücülər haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. Polis əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb. 

İki saatdan artıq keçirilən reyd zamanı 50-yə yaxın avtomobil saxlanılıb. Saxlanılan avtomobillərdə normadan artıq dəm qazı olan 6 avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

Report.az //

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR