Logo

Ağdam sakinində narkotik maddə aşkarlandı

Ağdam sakinində narkotik maddə aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olumuş Mahir Hüseynov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirilən çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR