“iPhone” 14-ün istehsalına BAŞLANILDI
23:45 / 29.06.2022
28415
“Apple” şirkəti yeni smartfonların istehsalına başlayıb.
Sfera.az lenta.ru-ya istinadən xəbər verir ki, şirkətin Çindəki ən böyük tərəfdaşı “Foxconn” əlavə əməkdaşları işə cəlb edib.
Ehtimal olunur ki, yeni işçilərin işə götürülməsi “iPhone” 14 seriyalı smartfonların istehsalına başlanılması ilə bağlıdır.
Cihazın yığılması şirkətin Çjençjoudakı istehsal kompleksində həyata keçirilir.