Logo

Sumqayıt avtobusunda qadını çölə atan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıt avtobusunda qadını çölə atan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt sərnişindaşıma avtobuslarından birində sürücü ilə sərnişin arasında baş verən insidenti əks etdirən görüntülər təqdim etmişdik.

Görüntülərdən də məlum olur ki, sürücü ilə sərrnişin arasında əlbəyaxa dava xoşagəlməz nəticə ilə sonlanır. Üzərinə edilən hücumdan və ünvanına səsləndirilən nalayiq ifadələrdən əsəbiləşən sürücü qadını avtobusdan küçəyə itələyir.

Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov Bizim.Media-ya açıqlamasında avtobus sürücüsü A.Kosayevin işdən kənarlaşdığını bildirib:

“Hadisə iyunun 23-də 12 saylı marşrutda baş verib. Sürücünün elə həmin gün aidiyyəti qurumda izahatı alınıb və işdən kənarlaşdırılıb”.

Mübahisə zəminində qadının yüngül xəsarətlər aldığı və vəziyyətinin normal olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR