Logo

Zaqafqaziyanın ilk dəmir yolu və tarixi körpülər uçmaq təhlükəsi ilə üz-üzədir - FOTOLAR

Zaqafqaziyanın ilk dəmir yolu və tarixi körpülər uçmaq təhlükəsi ilə üz-üzədir - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gədəbəydə iki əsr öncəyə aid dəmir yolu və tarixi abidə sayılan körpülər uçmaq təhlükəsi ilə üz-üzədir.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumata görə, Siemens qardaşları tərəfindən 1879-cu ildə çəkilmiş dəmir yolu Zaqafqaziyanın ilk dəmir yoludur.

Gədəbəy-Qalakənd arasında salınmış dəmir yolunun uzunluğu 28 km-dir. Dəmir yolu keçmişdə mədəndə işləyən insanların, həm də mədəndən çıxarılan dəmir filizin daşınması üçün istifadə olunub.

Ərazi relyefli olduğundan, 28 km-lik yolda Verner fon Siemens tərəfindən ümumilikdə 7 körpü layihələndirilib.

Lakin günümüzə "Simens qardaşları körpüsü" də adlandırılan həmin körpülərdən üçü gəlib çatıb. Onların vəziyyəti isə acınacaqlıdır.

XIX əsrin qalığı olan dəmir yolu və körüplərin görüntülərini təqdim edirik:

Orxan

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR