Logo

Madriddə NATO-nun sammiti başlayıb

Madriddə NATO-nun sammiti başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb.

Sfera.az xəbər verir ki, toplantıda 30 ölkənin dövlət və hökumət başçısı iştirak edir.

Sammitdən əvvəl toplantı iştirakçıları xatirə fotosu çəkdirib.

Zirvə toplantısında Ukraynadakı vəziyyət və bu ölkəyə hərbi, maliyə və humanitar yardım məsələləri müzakirə olunur. Eyni zamanda Alyansın yeni strateji konsepsiyası qəbul ediləcək. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə də baxılacaq.

Madrid tarixində ikinci dəfədir sammitə ev sahibliyi edir. Tarixi sayılan bu tədbirlə bağlı İspaniya paytaxtına 5 mindən çox insan toplaşıb. Sammit İspaniyanın Alyansa üzv qəbul olunmasının 40 illiyinə təsadüf edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR