"Gədə sənə ad qoyandır" – İTV əməkdaşı ilə fondun hüquqşünası nəyi bölüşə bilmir?

İctimai TV-nin əməkdaşı, hərbi jurnalist Heydər Mirzə ilə Əmanətlərin Sığortası Fondunun (ƏSF) hüquqşünası Səyad Abbasov arasında təhqir və hədələrlə dolu mübahisə yaranıb.

Sfera.az xəbər verir ki, bununla bağlı H.Mirzə “Facebook” profilində paylaşım edib.

 

H.Mirzə paylaşımında qeyd edib ki, təhqir, hədə dolu sözlərlə bağlı ƏSF-nin mətbuat xidməti ilə əlaqə yaradıb: “Qurumun mətbuat xidmətinə zəng etmişəm. Mətbuat xidməti deyir ki, siz də ona söymüsünüz. Uşaq bağçasıdır sanki, sərt cavab və söyüşün fərqini bilməməsi bir yana, əməkdaşlarının məni “razborkaya” çağırması məsələsinin üstündən keçir.

 

Bəli, dözmədim mən də söydüm. O "gədə" dedi, mən də dedim "gədə sənə ad qoyandır". Ondan sonra inboksda hədələrə keçdi. Mənə nömrə atdı. Deyirəm, 28-ci bölmə aşağıdadır, sənin yazdıqların ən azı başını ağrıdar. Qayıdıb dövlət qurumunun əməkdaşının "mən vəkiləm, mənə polis belə heç nə edəmməz" deyib hədə etməsi, nömrə atıb hərbi jurnalisti razborkaya çağırması yalnız bir şeyin göstəricisidir - gör indi jurnalist olmayan, tanınmayan, sözünü kimsəyə deyə bilməyən sadə bir vətəndaş gələndə necə davranırlar”.

 

Hərbi jurnalist bildirib ki, mətbuat xidmətinin rəhbəri ilə danışıqdan sonra, hüquqşünas yenidən ona zəng edərək hədələyib: “Təkrar mətbuat xidmətinə zəng vururam ki, əməkdaşınızı yığışdırın, rəhbərliyim bilir artıq, sizin rəhbərliklə danışılacaq. Mənə deyir ki, siz əməkdaşınızı yığışdırın deyə bilmərsiniz. Nə deməliyəm bəs? Düşüb onunla təpik davasına çıxmalıyam? Necə reaksiya verim?”

 

H.Mirzə digər bir statusunda yazıb ki, o, hüquqşünasın vəkil olmadığını aydınlaşdırıb: “Vəkillər Kollegiyasının sədri Anar Bağırov mənə zəng vurdu. Təsdiq etdi ki, Əmanətlərin Sığortası Fondunun hüquqşünası Səyad Abbasov adında şəxs vəkil deyil”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR