Logo

Samsung Galaxy Note 7-ni öncədən sifariş edənlər Samsung-dan hədiyyələr qazanacaqlar

Samsung Galaxy Note 7-ni öncədən sifariş edənlər Samsung-dan hədiyyələr qazanacaqlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Samsung Galaxy Note 7 – adi smartfondan daha üstün: bu cihaz özündə bir çox innovasiyanı birləşdirir və müasir aktiv istifadəçinin tələblərinə tam uyğunlaşdırılıb.

Smartfonun erqonomikası istifadəçilər üçün rahatlaşdırılıb – dünyada ilk korpusunun 2 kənarı da qövsvariləşdirilmiş Note. Onu tək əldə tutmaq və istifadə etmək daha rahatdır.

İntellektual elektron S Pen sizə daha geniş imkanlar yaradır: indi siz sürətləGIF-fayllar yarada və qeydlər apara bilərsiniz, 256 GB-a qədər yaddaşa malik microSD yaddaş kartları ilə daha çox məlumat saxlamaq imkanına maliksiniz.

Galaxy Note 7 su və tozun təsirinə davamlıdır. O suyun, tozun və kirin təsirindən qorunub, hətta 1,5 metr dərinliyə qədər su altında 30 dəqiqəyə qədər çalışa bilir.

Sizin məlumatlarınızın daha da yaxşı qorunması üçün Galaxy Note 7 ən rahat və innovativ yollardan biri olan – IRIS Scanner – göz bəbəyi skaneri ilə təchiz olunub.

Siz də Samsung-un bu innovativ cihazının ilk sahiblərindən biri olmaq üçün Baku Electronics, Maxi.az, Kontakt və Samsung brend mağaza şəbəkələrindən 50 manat ilkin ödəniş edərək öncədən sifariş edə bilərsiniz.

Avqustun 26-ndan Sentyabrın 15-nə qədər öncədən sifariş edən hər kəs virtual reallıq eynəyi Gear VR və 80 manat* dəyərində Oculus kontenti hədiyyə qazanacaqlar.

Daha ətraflı məlumat – Samsung Azerbaijan Facebook səhifəsində.

*vauçerin qiyməti 50 (əlli) ABŞ dolları ekvivalentindədir və Aksiya müddəti ərzində məzənnənin dəyişilməsi ilə əlaqədar olaraq vauçerin manat qiyməti dəyişə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR