Balakənin kənd məktəbində Harvard və Stanford nümunəsi

Balakənin kənd məktəbində Harvard və Stanford nümunəsi

“Balakənin Yeni Şərif kəndində şəhid Rauf Hədisov adına məktəb var. Məktəb baxımsız vəziyyətdə olsa da, Azərbaycanda yeganə məktəbdir ki, şagirdlərinə 20 ildir ki, təqaüd proqramı həyata keçirir.”

 

Sfera.az xəbər verir ki, bunu Parlaq Tələbə Biznes Mərkəzinin təsisçisi və baş icraçı direktoru Səddam Məhəmməd bildirib.

 

S.Məhəmməd qeyd edib ki, bu hadisənin ən maraqlı tərəfi təqaüd proqramının təşkilatçısının məktəbin məzunlarının olmasıdır: “Bəli, məzunlar hər il məktəbə ianələr göndərir, yerli bələdiyyə də ianələri toplayaraq kənd məktəbində təqaüd proqramı keçirir, qalib şagirdlərə həmin ianələrdən yığılan mükafatları verir.

 

Qaliblərə ən əsas hədiyyə isə şəhid Rauf Hədisovun adına döş nişanıdır. Şagirdlər bunu qazanmaq üçün bilik mübarizəsi aparır.

 

Məzunlar bundan başqa məktəbə hər il kitablar göndərir, məktəbi müəyyən invertarlarla təchiz edir.

 

Yerli bələdiyyə də boş dayanmır: qalibləri gəzintiyə aparır, onlara müxtəlif hədiyyələr verir.

 

Çox gözəl bir inteqrasiya: Müəllimlər suallar hazırlayır, müsabiqə keçirilir, qaliblər müəyyən olunur, bələdiyyə onları gəzintiə aparır, məktəbin məzunları isə onlara pul mükafatları verir”.

 

M.Səddamın fikrincə, həyatda heç nə səbəbsiz deyil. O xatırladıb ki, əsrlər öncə Harvard Universiteti də belə yaranmışdı: “Con Harvard adlı ingilis xeyriyyəçisi öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış çox kiçik bir təhsil müəssisəsinə vermişdi. İndi həmin kiçik yer dünyanın ən qədim və ən yaxşı universiteti - Harvard Universiteti, onun kitabxanası isə qitənin ən kütləvi kitabxanasdır.

 

İnanırıq ki, bir gün şəhid Rauf Hədisov adına Yeni Şərif kənd məktəbi ölkənin adlı sanlı məktəblərindən birinə çevriləcək”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR