Logo

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR