Batman şəhərində Qarabağ parkı açılacaq
Kateqoriya məlum deyil
İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.
Sfera.az xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.
Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.(Report)






