Məşhur futbolçu azarkeşlər üçün dönər kababı hazırladı - VİDEO
Kateqoriya məlum deyil
Boatenq Almaniya “Herta”sı ilə müqaviləsini uzatması münasibətilə qeyri-adi addım atıb.
Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Berlin komandasının azarkeşləri üçün 2 023 ədəd dönər kababı sifariş edib.
Kabablar “Herta”nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq.
Qeyd edək ki, Kevin-Prins Boatenq “Herta” ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb.






