Logo

Rusiyada qazın qiyməti bahalaşdı

Rusiyada qazın qiyməti bahalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən “Qazprom” və onunla bağlı şirkətlərin istehsal etdiyi qazın topdansatış qiymətlərini təsdiqləyib.

Sfera.az xəbər verir ki, ölkədə sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq.

Bildirilir ki, ƏDV xaric ən yüksək qiymət Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol üçün müəyyən ediləcək. Belə ki, burada 1000 kubmetr qaz üçün 5413 rubl müəyyən edilib.

Ən aşağı qiymət isə Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiq olunub və 1000 kubmetrə görə 2907 rubl təşkil edəcək.

Moskva və Moskva vilayətindəki müəssisələr 1000 kubmetr qaza görə 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətlərində isə 5115 rubl ödəyəcəklər.(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR