Logo

Almaniyadakı ən böyük Azərbaycan restoranı bağlandı - FOTOLAR

Almaniyadakı ən böyük Azərbaycan restoranı bağlandı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın Köln şəhərində yerləşən “Old Baku” restoranı bağlanıb.

Sfera.az xarici mediaya istinadla bildirir ki, Almaniyadakı məşhur Azərbaycan restoranının bağlanması ilə bağlı rəsmi açıqlama verilməyib.

Restoranın yerləşdiyi “Senats” otelindən bildirilib ki, restoranın bağlanması aparılan təmir işləri ilə bağlıdır. Otelin birinci mərtəbəsi təmirə bağlandığından, restoran da müvəqqəti qapadılıb. “Old Baku” və “Azerbaijan” sözləri yazılan reklam lövhələri sökülüb.

Restoranın fəaliyyətini nə vaxt bərpa edəcəyi bilinmir.

Məlumat üçün bildirək ki, “Am Hof 20” ünvanında yerləşən “Old Baku” reatoranı Almaniyada fəaliyyət göstərən ən böyük Azərbaycan restoranlarından biri idi. Restoran qonaqlarına Azərbaycanın milli mətbəxinin təamlarını təqdim edirdi.

Almaniyadakı ən böyük Azərbaycan restoranı bağlandı - FOTOLARAlmaniyadakı ən böyük Azərbaycan restoranı bağlandı - FOTOLAR

(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR