Yay zəhərlənmələrindən necə qorunmalı? – Ekspert məsləhətləri

Yay zəhərlənmələrindən necə qorunmalı? – Ekspert məsləhətləri

Yay fəsli gəldikdə qarpız, balıq, hətta dondurma kimi bir sıra qidalardan zəhərlənmə halları artır. Buna görə artan tempraturda qida seçimində daha diqqətli olmaq lazımdır.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov insanları çimərliyə gedərkən bəzi qidaları götürməkdən uza olmağa çağırıb. Mütəxəssis dondurulmuş məhsulları isti havada əritməyin yanlış olduğunu diqqətə çatdırıb:

 

“Yay fəslində qidalanarkən evlərdə, ictimai işaə müəssisələrində ehtiyatlı olmaq lazımdır. Ət, toyuq məhsullarını sərin tempraturda və tez emal etmək lazımdır. Donmuş məhsulların buzunu açarkən ehtiyatlı olmaq gərəkdir, yəni donmuş ətin buzunu suyun altında əritmək lazımdır, isti havada yox. Dənizə gedərkən isə konserv məhsulları, ət, toyuq aparmaq olmaz. Bu qidalar istidə daşınarkən mikrobioloji çirklənmə baş verir və bu da qida  zəhərlənmələrinə gətirib çıxarır. Dəniz kənarına evdə hazırlanan sərinləşdirici içkiləri, pendir, yaxud qarpız, moyenezsiz salat götürmək olar”.

 

Ekspert dondurma alarkən diqqətli olmağı da tövsiyə edib:

 

“Dondurma alarkən hansı sexin məhsulunun daha keyfiyyətli olduğu bilmirik. Ona görə ki, hansı sexdə mikrobioloji çirklənmənin olduğundan xəbərisizik. Dondurma istehsal olunduqdan sonra cihazdan qida qalıqları təmizlənir ya yox, məkanda texnoloq, kritik nöqtələr hansı şəkildə işləyir, işçilərin sanitar vəziyyəti necədir bunu bilmirik. Ona görə də yay aylarında çox da riskə getmək olmaz. Əgər insanlar sağlam dondurma istəyirlərsə, dondurmanı ev şəraitində hazırlamaqları daha uyğundur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR