Lotereya oynayanlar bunun bir şans oyunu olduğunu anlamalıdır - Psixoloq
“Lotereya oyunları bəzi adamlar üçün pul qazanmaq ümidi, bəziləri üçün şans və həyəcan oyunudur. Buna görə də uduş əldə edə bilmədikdə məyus olanlar, stressə qapılanlar ya lotereya oynamaqdan uzaq durmalı, ya da özünə bunun bir şans oyunu olduğunu təqlid etməlidir”.
Sfera.az xəbər verir ki, bunu psixoloq Rövşən Nəcəfov bildirib. R.Nəcəfov qeyd edib ki, bu cür oyunlar bütün dünyada əyləncəli oyunlar kateqoriyasına aid olunur və insanlar həzz almaq, həyəcan yaşamaq üçün bu oyunlarda şanslarını sınayırlar:
“Belə psixoloji əhvalla lotereya və digər mərc oyunlarına qoşulanlar hətta uduş əldə etmədikdə məyus olmurlar. Buna görə də hər bir şəxs nə etdiyini, hansı oyunun iştirakçısı olduğunu bilməlidir. Məsuliyyətsiz davranışa görə əziyyət çəkən şəxlər günahı özündə axtarmalıdır. Bu cür hallarla üzləşməmək üçün insanlar lotereya oyunları, aldığı biletlərin hansı imkanlar yaratması ilə bağlı məlumatlı olmalıdır. Məsələn, lotereya biletlərinin əksəriyyətinin üzərində qaydalar yığcam şəkildə əks olunur, neçə böyük uduşun olduğu qeyd edilir. Oyunçu bu məlumatlarla tanış olduqdan sonra oyunun həyəcanını yaşaya bilər”.
Vasif






