Prezidentin tapşırığı ilə Türkiyəyə göndərilən amfibiya təyyarə qardaş ölkəyə çatıb - VİDEO
Kateqoriya məlum deyil
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.
Sfera.az bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sabahdan etibarən amfibiya təyyarə yanğınların söndürülməsində iştirak edəcək.






