Logo

Tanınmış ilahiyyatçı azadlığa buraxıldı - FOTO

Tanınmış ilahiyyatçı azadlığa buraxıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, tanınmış ilahiyyatçı Elşən Mustafayev (Mustafaoğlu) azadlığa çıxıb.

Sfera.az-ın xəbərinə görə, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, o cəzasının çəkilməmiş hissəsindən azad edilib və bu gün 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü il dekabr ayında ləğv edilmiş Milli Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulub. O Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

O, 7 il 6 ay cəzasını çəkib.

Tanınmış ilahiyyatçı azadlığa buraxıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR