Millət vəkili: “Uduş fondu lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz” 

Millət vəkili: “Uduş fondu lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz” 

“Uduş fondlarının müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq standartlar var. “Lotereyalar haqqında” qanuna əsasən uduş fondunun minimum həcmi satılan lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz”.

 

Bunu millət vəkili, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev uduş fondunun müəyyənləşdirilməsi ilə bağlı Sfera.az-ın sualını cavablandıran zaman deyib.

 

Millət vəkili 50 faizlik minimum tələbi məqbul hesab etdiyini, bunun həm təşkilatçı, həm də bilet alanlar üçün əlverişli olduğunu söylədi:

 

“”Lotereyalar haqqında” qanunda minimum tələb 50 faizdir. Amma aldığım məlumatlara görə, “Azərlotereya”ASC tərəfindən keçirilən lotereyalarda 63-68 faizdir. Minimum tələbi gözləmək şərtilə oyunları təşkil edən “Azərlotereya” şirkəti uduş fondunu özü müəyyən edir. Şirkət özü bildirməlidir ki, uduş fondunu hansı səbəblərdən belə müəyyənləşdirir. Yəqin ki, uduş fondunun müəyyənləşdirilməsinə əməliyyat xərcləri, dövlətə ödənən vergilər və s. kimi amillər təsir edir”.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR