Fransalı qadın nazir cinsi təcavüzdə ittiham olundu: Müayinə zamanı... 

Fransalı qadın nazir cinsi təcavüzdə ittiham olundu: Müayinə zamanı... 

Fransanın İnkişaf, Frankofoniya və Beynəlxalq Tərəfdaşlıq üzrə dövlət naziri Krizula Zakaropulu təcavüz etməkdə ittiham olunur.

 

Sfera.az bildirir ki, “Marianna” qəzetinin məlumatına görə, iki qadın bununla bağlı Paris Baş Prokurorluğuna şikayət edib.

 

Əvvəllər ginekoloq kimi fəaliyyət göstərən nazir Zakaropuluya qarşı ilk şikayət mayın 25-də, ikincisi isə iyunun 16-da edilib. İlk müraciətdən iki gün sonra prokurorluq araşdırmalara başlayıb. Sözügedən şəxslər Krizulanın tibbi müayinə zamanı cinsi müdaxilə etdiyini iddia ediblər.

 

Xatırladaq ki, bundan öncə Fransanın daxili işlər naziri Gerald Darmanin və nazir Damien Abada qarşı da təcavüz ittihamları qaldırılıb və hər ikisi bunu rədd edib.

 

Prezident Emmanuel Makron isə təqsirsizlik prezumpsiyasına diqqət çəkərək bildirib ki, hər iki nazir hələ də mühakimə olunmadığı üçün onlar günahsız hesab edilməlidir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR