Gəncədə evlərin həyətini sel suları basdı - FOTO
Kateqoriya məlum deyil
Gəncə şəhərində leysan yağış bir sıra fəsadlar törədib.
Sfera.az report-a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq yağan leysan yağışlar xüsusən Məhsəti Gəncəvi qəsəbəsində fəsadlar yaradıb.
Yağış suları qəsəbə yollarına, küçələrə və yaşayış evlərinin həyətlərinə dolub.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.








