Azərbaycan Əfqanıstana başsağlığı verdi
Kateqoriya məlum deyil
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterində qeyd olunub. .
“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - XİN bildirib.
Xatırladaq ki, Əfqanıstanın Paktika əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində 1 000-dən çox insan həlak olub.






