General-mayor Ehtiram Xəlilov saxlanılıb? - İDDİA

Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında xarici ölkələrdən gətirilən müxtəlif növ bağlamaların yoxlanışı zamanı qanun pozuntuları, həmçinin vergidən yayınma halları ilə bağlı əməliyyat keçirməsi və vəzifəli şəxslərin saxlanılması barədə məlumat vermişdik.
Sfera.az bildirir ki, iddialara görə, "Azərterminalkompleks"in rəisi, general-mayor Ehtiram Xəlilov da saxlanılanlar arasındadır.
Qeyd edək ki, Xəlilov Etiram Səyyaf oğlu 1997-ci ildən gömrük orqanlarında xidmət göstərir. O, 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru, 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb. 2018-ci ildən "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsinə təyin edilib.
Orxan
Sfera.az