2022-ci ilin dövlət büdcəsinə dəyişiklik Şuşada müzakirə ediləcək
Kateqoriya məlum deyil
İyun ayının 23-də Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Sfera.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirəyə çıxarılacaq:
1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).






