Şeyxlərin ildə 80 milyard dollar xərclədiyi qorxunc ordu... - FOTOLAR
Kateqoriya məlum deyil
İran və Səudiyyə Ərəbistanı arasında yaranan gərginlik fonunda islam dünyasında müharibə ehtimalı artıq gündəmə gəlməyə başlayıb. Belə olan halda ən çox maraq doğuran məsələlərdən biri də tərəflərin hərbi gücüdür. Qeyd olunur ki, Səudiyyə Ərəbistanı Orta Şərqin ən çox müdafiə büdcəsinə sahib ölkələrindən biridir.
Sfera.az xəbər verir ki, ölkə illik büdcəsinin 25 faizini, yəni illik 80 milyard dollarını ordusuna ayırır. Bu rəqəm səhiyyə və sosial inkişaf büdcəsinin cəminin iki qatı dəyərindədir.
“Səudiyyə Ərəbistanı bu pulla nə edir” sualının cavabı...
Səudiyyə Ərəbistanı Hava Qüvvələri 300-dən çox döyüşçü jeti və 15 hərbi hava bazasına sahibdir. Döyüş təyyarələrinin arasında onlarla ABŞ istehsalı F-15 var. 80 F-15 isə yaxın zamanda hərbi hava qüvvələrinin tərkibinə daxil olacaq. Səudiyyə hava donanması eyni zamanda Avropa Birliyi istehsalı olan “Eurofighter Typhoon” döyüş jetlerini də saxlayır. 440.000 min şəxsi heyətə sahib olan Səudiyyə Ərəbistanının ordusu 225.000 ehtiyat personal saxlayır.
Ölkədə əlavə olaraq 100.000 milli mühafizəçi var ki, onlar daxili qoşunlarda xidmət edir. Ölkənin zirehli donanmasında 442 ədəd 1500 at gücündə ABŞ istehsalı M1A2 Abrams model tank var. Səudiyyə Ərəbistanında eyni zamanda ən inkişaf etmiş xüsusiyyətlərə sahib 82 ədəd ABŞ istehsalı AH64D Apache döyüş vertolyotu da var. Səudiyyə dəniz qüvvələrində 40.000 şəxsi heyət var. Modernləşdirilmiş dəniz qüvvələri donanmasına ABŞ-ın “Lockheed Martin” şirkəti ilə 11,25 milyard dollarlıq razılaşma nəticəsində 4 yeni döyüş gəmisi almaq üzrədir.
Ölkə əlavə olaraq dəniz qüvvələri üçün sahil müharibə gəmiləri qatmağı da planlaşdırır. Səudiyyə Kral Strateji Raket Xidmətində Çindən alınan DF-21 və DF-3 uzun mənzilli, yüksək təxribat gücünə sahib mərmi və raket daşıyıcı sistemlər var. Səudiyyə Ərəbistanı ayrıca 750-dən çox top atanlara, 300 km mənzili olan 50-yə yaxın ABŞ istehsalı raket atanlara sahibdir. (Moderator.az)

















