Logo

"İran Azərbaycanda “şəriət rejimi” qurmaq üçün fürsət gözləyir" - ŞƏRH

"İran Azərbaycanda “şəriət rejimi” qurmaq üçün fürsət gözləyir" - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bir qrup qadın Azərbaycanda İslam müqəddəslərinin təhqir edildiyi iddiası ilə yürüş keçirib. İranlı tələbələr Tehranda Azərbaycan səfirliyinin önündə Taleh Bağırzadəyə dəstək aksiyası təşkil edib. Hər iki hadisənin İran tərəfindən idarə olunduğu aydın görünür. Xüsusilə, İran Milli Televiziyasına – İRİB-ə bağlı “Parstoday” tərəfindən tirajlanması bunu bir daha təsdiqləyir”.

Sfera.az bildirir ki, bunu politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Tehranda səfirliyimizin önündə keçirilən aksiyada diqqətçəkən məqamlardan biri də rəsmi Bakıya “tövsiyə”lərin verilməsidir:

“ABŞ və İsrail bayrağını yandıran iranlı tələbələr tələb edirlər ki, Azərbaycan İsrail dövləti ilə münasibətləri yenidən nəzərdən keçirsin;
İran bu aksiya ilə Bakıya qarşı “klassik planı”nı yenidən işə salır. Tehran bununla Azərbaycan ətrafında anti-İslam imicini formalaşdırmaq, inanclı kəsimi siyasi məqsədləri ətrafında cəmləşdirməyi hədəfləyir.

Bakı-İrəvan xəttində sülh danışıqlarının müzakirə edildiyi və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası istiqamətində ilk praktiki addımın (komissiyanın yaradılması və sərhəddə görüşün keçirilməsi) atılması fonunda “Ermənistan sərhədini “qırmızı xətti” elan edən İranın hücuma keçməsi təsadüfi deyil. Bakıya qarşı din adı ilə müəyyən fəaliyyətlərin və təbliğatın genişlənəcəyi istisna deyil.

Təhlükəli prosesdir, çünki İran Azərbaycanda “şəriət rejimi” qurmaq planlarını prioritet olaraq saxlayır və buna fürsətin yaranmasını gözləyir”.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR