Logo

Bakıda sıxlıq olan yolların SİYAHISI

Bakıda sıxlıq olan yolların SİYAHISI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

Mərkəzdən Sfera.az-a verilən məlumata görə, sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edirik:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda “20 Yanvar” dairəsi istiqamətində sıxlıq.

2. Tbilisi prospektində, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində sıxlıq.

3. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq.

4. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq.

5. Neftçilər prospektində Əziz Əliyev küçəsi ilə kəsişməyə çatmamış “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR