Məşhur fransız aktyor vəfat etdi
Kateqoriya məlum deyil
Fransız aktyor və rejissor Jan-Lui Trentinyan 92 yaşında vəfat edib. Bu barədə “France-Presse” agentliyi onun həyat yoldaşına istinadən xəbər verib.
Sfera.az Komsomolskaya pravda-ya istinadən xəbər verir ki, aktyor “bu gün səhər saatlarında Qar rayonundakı evində, yaxınlarının əhatəsində, qocalıqdan dünyasını dəyişib”.
Aktyorun ən məşhur işləri “Kişi və qadın”, “Məhəbbət”, “Ötüşmə”, “Və Allah qadını yaratdı” filmləridir.






