Logo

“Şuşa İli” ilə bağlı müsabiqənin müddəti uzadıldı

“Şuşa İli” ilə bağlı müsabiqənin müddəti uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Şuşa İli” ilə bağlı Mədəniyyət Nazirliyinin elan etdiyi heykəltəraşlıq müsabiqəsinin müddəti uzadılıb.

Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış müsabiqəyə nümunələrin qəbul müddətinin yetərsiz olduğu ilə bağlı heykəltəraşların istəkləri nəzərə alınaraq müsabiqənin vaxtı sentyabrın 1-dək uzadılıb.

Bildirilib ki, layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, sentyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.

Müsabiqəyə təqdim edilən əsərlər Şuşa mövzusunda olmalıdır.

Müsabiqə haqqında buradan ətraflı məlumat almaq mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR