Hələ də gedə bilməyənlər üçün... - Bakı sakinlərinin yeni favorit parkından FOTOREPORTAJ

Hələ də gedə bilməyənlər üçün... - Bakı sakinlərinin yeni favorit parkından FOTOREPORTAJ

Bakı son illər yeni salınan parklar sayəsində daha da gözəlləşir desək, yanılmarıq. Əvvəlki illərlə müqayisədə yeni salınan parklarda yaşıl ərazilərin çox olmasına diqqət yetirilir. Elə bunun nəticəsidir ki, yeni bir park açılan kimi əhali ora axın edir.

 

Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni park - Çəmbərəkənddə də oxşar mənzərə ilə qarşılaşdıq. Park kiçikdən-böyüyə hər yaşdan insanın vaxt keçirə biləcəyi tərzdə salındığı üçün qələbəlik müşahidə olunur. 

 

Qeyd edək ki, parkda 1200 metr uzunluğunda piyada yolları, həmçinin estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb. Şəhər mənzərəli iki terras düzəldilib, fəvvarə inşa edilib. Buradan Bakı panoraması həqiqətən də maraqlıdır.

 

Ərazidə müasir idman və uşaq əyləncə qurğuları da quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə  isə 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev parkın açılışında iştirak etmişdi.

 

Bakı sakinlərinin yeni favorit parkından fotoları təqdim edirik: 

 

 

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR