Logo

Azərbaycanda meymunçiçəyinə görə karantin SƏRTLƏŞDİRİLƏCƏK? – XƏBƏRDARLIQ

Azərbaycanda meymunçiçəyinə görə karantin SƏRTLƏŞDİRİLƏCƏK? – XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada meymunçiçəyi yayılmaqda davam edir. Artıq qonşu Gürcüstanda da bu virusa yoluxma faktı qeydə alınıb. Bəs Azərbaycanda xəstəlyin aşkarlanması üçün xüsusi bir test mövcuddurmu?

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Ləman Qalimova deyir ki, meymunçiçəyini müəyyən edən test yoxdur. Çünki virus hələ pandemiya halını almayıb. Amma xəstəliyi bir neçə metodla aşkarlamaq mümkündür.

Mütəxəssisin dediyinə görə, virusun ölkəmizdə yayılma riskini azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Həkim-infeksionist Aytən Ziyadova isə bildirir ki, şübhəli hallarda xaricdən gələn vətəndaşları karantinə almaq olar. Çünki virusun kliniki əlamətləri 8 gün ərzində gizli qala bilir.

İnfeksionist hesab edir ki, dünya buxəstəliyə qarşı hazırlıqlıdır. Onun sözlərinə görə, çiçək virusu peyvəndi meymunçiçəyinə qarşı da effektlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR