Logo

“Coca-Cola” rəsmi olaraq Rusiyada satışı dayandırdığını AÇIQLADI

“Coca-Cola” rəsmi olaraq Rusiyada satışı dayandırdığını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyada içkilərin, eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını dayandıracağını açıqlayıb.

Sfera.az bu barədə şirkətin məlumatına istinadən xəbər verir.

“Hazırda təmsilçinin Rusiyadakı bütün müştəriləri içki ehtiyatlarını bitirmək prosesindədir. Şirkətin ehtiyatları tükənəndən sonra “Coca-Cola” Rusiya Federasiyasında “Coca-Cola” içkisinin eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını tamamilə dayandıracaq”, - şirkətin məlumatında qeyd olunur.

Qeyd edək ki, “Coca-Cola”nın əsas rəqibi olan “PepsiCo” şirkəti də Rusiyada içkilərin satışını dayandırdığını açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR