Fərdi yaşayış evində yanğın oldu - VİDEO/YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Sfera.az-a verlən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
22:12
Paytaxtda fərdi yaşayış evində yanğın olub.
Sfera.az xəbər verir ki, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, hadisəyə səbəb elektrik xəttlərindəki nasazlıqdır.
Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib.