“Bakı-Quba yolu  kütləvi qırğın yerinə çevrilib” - Qəzaya düşməmək üçün nə etməli? 

“Bakı-Quba yolu  kütləvi qırğın yerinə çevrilib” - Qəzaya düşməmək üçün nə etməli? 

“Bakı-Quba yolu  kütləvi qırğın yerinə çevrilib”.


Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, görülən  işlərlə əlaqədar sözügedən  yolun Bakıya gələn istiqaməti xeyli məsafədə bağlanıb və avtomobillər digər hərəkət hissəsi ilə qarşı-qarşıya hərəkət edirlər:

 

“Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır. Həmin yolun Gəndov kəndindən Yaşma qəsəbəsinədək pis vəziyyətdə olan və xeyli yerlərində iş gedən hissəsinin uzunluğu təxminən 70 kilometrdir. Sürücülər bu məsafəni normal vəziyyətdə  həmin yol üçün nəzərdə tutulan 90 km/saat sürətlə getsə, bu, təxminən 47 dəqiqə edir. Həmin məsafəni 60 km/saat sürətlə getmək isə təxminən 70 dəqiqə edir. Fərq cəmi 23 dəqiqədir. Sürücülər nəzərə almalıdır ki, hər yerdə qabaqlarında daş yüklü “KamAz” olmur və daha rahat getmək mümkündür”.

 

Ekspert əlavə edib ki,  23 dəqiqə qabağa düşmək üçün həyatı riskə atmağa dəyməz:

 

“Ona görə də sürücülər qaydalara riayət etməlidir. Qadağandırsa, ötmə etməməli, sürət rejimini pozmamalı, bir-birilərinin arxasınca səbrlə getməyi öyrənməlidirlər. Sadəcə olaraq, özlərini “tələsirəm” sindromundan uzaq tutmalıdırlar. Yol tikənlər də nəzərə almalıdırlar ki, işlər nə qədər tez bitsə, qəzalar da az olar”.

 


Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...