Logo

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? - Avtobusda şok FOTO

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? - Avtobusda şok FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib.

Sfera.az xəbər verir ki, xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər.

Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə meymunçiçəyinə yoluxduğu iddia edilən qadının fotosu ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, rəsmi olaraq ölkədə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? - Avtobusda şok FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR