Logo

Türk alim AzTU-nun prorektoru vəzifəsindən İSTEFA VERDİ

Türk alim AzTU-nun prorektoru vəzifəsindən İSTEFA VERDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru işdən çıxıb.

Sfera.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən azad olunub.

Onun yerinə 2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış Sübhan Nadir oğlu Namazov təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən istefa verib. Bunun səbəbi isə AzTU-da onun bir il ərzində nəzərdə tutduğu layihələrinin düzgün icra olunmamasıdır. Məhz bu səbəbdən ayın 1-də dünya şöhrətli alim universitetlə müqaviləsinin müddətini artırmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR